Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın Çin və Kubadakı diplomatlarında görünən sirli sindromun mümkün səbəbləri açıqlanıb

338 Baxış

ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyası (NASEM) Çin və Kubadakı diplomatları arasında ortaya çıxan sirli sindromun mümkün səbəblərini açıqlayıb.

“Krasnaya Vesna”nın məlumatına görə, hesabat təşkilatın saytında dərc edilib.

Qeyd edək ki, ABŞ səlahiyyətliləri 2016-cı ilin noyabrından bəri Havanada 20-dən çox amerikalı diplomatın “akustik hücumlar” nəticəsində zərər gördüyü iddiası ilə çıxış ediblər. Səfirlik işçiləri başda küy, təzyiq və titrəmə, qulaq ağrısı, başgicəllənmə, görmə və koqnitiv funksiyalarla bağlı problemlər yaşayıblar. Onların bəzilərinin səhhətində problemlər bu gün də davam edir.

Mütəxəssislər yönləndirilmiş radio tezliyi impulsları, kimyəvi təsir, infeksion xəstəliklər və psixoloji problemlər kimi bir neçə mümkün səbəbi nəzərdən keçiriblər.

Akademiklər bu sadalananlar arasında yönəldilmiş radiotezlik şüalanmasını daha çox ehtimal edirlər. Eyni zamanda, bəzi hadisələr arasındakı fərqliliklər olduğu bildirilib, digər faktorların da istisna edilmədiyi vurğulanıb.

Diplomatik işçilərin vəziyyəti ilə bağlı problemlərin məsuliyyəti Kubaya aid edilib. Rəsmi Havana isə dəfələrlə bunu təkzib edib. 2017-ci ilin oktyabrında Kuba mütəxəssisləri, Birləşmiş Ştatların sisəy və ya cırcıramanın səslərini “akustik hücumlar” ilə səhv sala biləcəyini deyiblər.

2018-ci ildə Quançjoudakı ABŞ konsulluğunun bir işçisinin də oxşar hücumlara məruz qala biləcəyi barədə məlumatlar yayılıb. Çin səlahiyyətliləri “akustik hücum” əlamətləri tapmadıqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678