Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada quş qripi yayıldı

148 Baxış

Fransa Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-qərbindəki Landes departamentində 6 min ördəyi olan quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv H5N8 quş qripi virusunun yayıldığını elan edib.

“RİA Novosti” xəbər verir ki, bu, noyabr ayının ortalarında H5N8 virusu ölkənin zoomağazalarında quş qripi yayılmasından sonrakı ilk yoluxmuş fermadır.

Qeyd olunur ki, insana ötürülməyən bu H5N8 virusu köçəri quşlar vasitəsi ilə Avropanın vəhşi təbiətində fəal şəkildə dolaşır.

Profilaktik tədbir olaraq fermadakı bütün ördəklər məhv edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678