Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İlon Mask ilk dəfə “Forbes” milyarderləri siyahısında ikinci yerə yüksəldi

139 Baxış

“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Mask ilk dəfə “Forbes Real-Time”da milyarderlər siyahısında ikinci yerə yüksəlib.

“RİA Novosti” xəbər verir ki, o, “Bloomberg Billionaires Index”in (BBI) reytinqində isə noyabr ayından bəri ikinci yerdədir.

“Forbes”ə görə, çərşənbə axşamı Maskın sərvəti 1,6 milyard dollar artaraq, 144,7 milyard dollara, BBI-yə görə 1,84 milyard dollar artaraq, 157 milyard dollara çatıb.

Mask ilin əvvəlindən bəri yeddi dəfədən çox bahalaşan “Tesla” səhmlərinin təxminən 21 faizinə sahibdir və çərşənbə axşamı günü onlar 1,3 faiz bahalaşıb. Səhmlərin qiymətləri şirkətin 21 dekabr tarixində ABŞ-ın geniş bazar indeksi “S&P 500”n hesablanmasına daxil olacağını gözləyərək artır.

Ümumiyyətlə, “Forbes Real-Time” və BBI ilə zəngin ilk beşlik demək olar ki, eynidir. Nəşrin birinci və ikinci yerlərində indi yekdilliklə “Amazon”un qurucusu Ceff Bezos və Mask, beşinci yerdə “Facebook”un qurucusu Mark Zukerberq qərarlaşıb.

Reytinqlərdə yalnız üçüncü və dördüncü yerlər fərqlənir. BBI-nin üçüncü pilləsində “Microsoft”un qurucusu Bill Qeyts, dördüncüdə “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernard Arno yer tutub. Eyni zamanda, “Forbes”in reytinqində Arno əksinə, üçüncü yerdə, Qeyts isə dördüncü yerdədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678