Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nə üçün bir maskanı bir neçə dəfə istifadə etmək olmaz? – Mütəxəssislərdən AÇIQLAMA

144 Baxış

Bir adam ardıcıl bir neçə gün eyni maskanı taxarsa, maska ​​“nəm kompresə” çevrilir.

Bunu rusiyalı infeksionist Yelena Belova “RİA Novosti”yə müsahibəsində deyib.

“İnsanlar indi daha az müqavimət yolunu tutublar – təkrar istifadə edilə bilən maska ​​alıb iki-üç həftə onu taxırlar. Sağlamlıq üçün birdəfəlik maskalardan istifadə edib onu düzgün tətbiq etmək daha vacibdir. Nəm maskanı atmaq lazımdır”, – deyə Belova deyib.

Onun sözlərinə görə, əgər insanın ağciyərində problem varsa, daha yaxşı bir variant kimi filtrli, qapaqla olan maska almaq yaxşıdır:

“Onlar ağciyər problemi olan insanlara rahat nəfəs almağa imkan verirlər”.

Öz növbəsində infeksionist, professor Nikolay Malışev bildirib ki, bir insanın uzun müddət taxdığı maska özünə kir toplayır:

“Birincisi, onun üzərinə nəfəs alırsınız, çirklənir, nəmlənir. Ancaq digər insanlar sizin üstünüzə öskürür, asqırır və siz bunları da toplayırsınız. Əgər gün ərzində dəyişməsəniz, onda onun üzərində daha çox şey olacaq – həm bakteria, həm də viral çirklənmə. Bu səbəbdən maskanı dəyişdirmək lazımdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678