Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada koronavirusa yoluxmada rekord

147 Baxış

Yaponiyada son bir gündə yeni aşkar edilmiş koronavirus infeksiyasına yoluxma sayı ən azı 3 037 olub.

TASS xəbər verir ki, bu, bütün pandemiya dövründə ölkə üçün ən yüksək göstəricidir.

Bununla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 178 950-yə çatıb.

Ötən gün ərzində ölkədə 21 ölüm qeydə alınıb, ümumi koronavirus qurbanlarının sayı 2 588-ə çatıb.

Koronavirusun yayılmasının əsas mərkəzləri Tokyo, Osaka, Kanaqawa, Ayti və Hokkaydo bölgələri olaraq qalmağa davam edir.

Yaponiya paytaxtında son bir gündə ən azı 621 yeni infeksiya hadisəsi aşkar edilib ki, bu da bütün pandemiya üçün ən yüksək göstərici olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678