Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ daxili işlər naziri koronavirusa yoluxdu

146 Baxış

ABŞ Daxili İşlər naziri Devid Bernhardt koronavirusa yoluxub.

“Reuters” bu barədə qurumun rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Bernhardtda heç bir infeksiya əlaməti yoxdur, evdə işinə davam edəcək.

Qeyd edək ki, ABŞ-da Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanı deyil, əsasən federal torpaqların istifadəsi və təbii sərvətlərin çıxarılması ilə məşğul olur. 

Eyni zamanda, Amerika hinduları, Alyaska və Havay adaları yerli əhalisi ilə əlaqəli müxtəlif proqramlara nəzarət edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678