Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstan əhalisi fevralda koronavirusa qarşı kütləvi peyvənd ediləcək

146 Baxış

Qazaxıstan hökumətinin başçısı Askar Mamin ölkədə koronavirusa qarşı kütləvi peyvəndləmənin 2021-ci ilin fevralında başlayacağını deyib.

Bu barədə Mk.ru xəbər yayır.

Onun sözlərinə görə, ilk növbədə Rusiya peyvəndi həkimlər, müəllimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları və xroniki xəstəlikləri olan şəxslərə vurulacaq.

Qeyd edilir ki, Qazaxıstan 2 milyon doza Rusiya peyvəndi istehsal edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678