Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrandan nüvə stansiyası ərazisində yeraltı obyektin tikintisi ilə bağlı rəsmi açıqlama

120 Baxış

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Fordodakı nüvə obyektindəki tikinti barədə məlumat verib.

TASS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Bu barədə MAQATE-ni məlumatlandırdıq və heç bir şeyi gizlətmədik. İranın nüvə sahəsində bütün hərəkətləri MAQATE-nin nəzarəti altındadır. Agentliyə siyasi məsələlərdən çəkinməyi tövsiyə edirik. Bu, həm MAQATE-nin nüfuzunu, həm də təşkilatın İranla əməkdaşlığını qorumağa kömək edəcək”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın “Fordo” uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisi ilə bağlı fotolar yayılmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678