Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur şirkət Britaniya və Fransadakı zavodlarının fəaliyyətini dayandırır

302 Baxış

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” koronavirusun yeni mutasiyası səbəbilə Böyük Britaniya və Fransada zavodlarının fəaliyyətini dayandırır.

Bu barədə “Kyodo” məlumat verir.

Britaniyada yerləşən mühərrik zavodu 22 dekabrda, montaj zavodu isə 23 dekabrda bağlanacaq. Fransada 22 dekabrdan etibarən isə təkərlərin istehsalından məsul olan zavod işini dayandıracaq. İşçilər 24 dekabrda başlayan Milad tətili üçün vaxtından əvvəl evə göndəriləcək.

Şirkət hissələrin tədarükündə yaranacaq fasilələrdən qorxduğu üçün belə qərar verib. Səbəb isə Britaniyada yeni koronavirus mutasiyasının tapılmasından sonra iki ölkə arasındakı ünsiyyətin kəsilməsi ola bilər. Fransa Birləşmiş Krallıqdan girişə 48 saatlıq moratorium tətbiq edib.

Xatırladaq ki, Britaniyada koronavirusun yeni mutasiyasının tapılmasından sonra bir sıra dövlətlər onunla nəqliyyat əlaqələrini kəsiblər. ÜST isə koronavirusdakı yeni mutasiyanın xəstəliyin şiddətini artıracağına dair hələlik bir dəlililin olmadığını açıqlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678