Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada avtobus aşdı: Çox sayda yaralı və ölən var – VİDEO

137 Baxış

Rusiyanın Ryazan vilayətində Moskva – Volqoqrad marşrutu üzrə müntəzəm hərəkət edən avtobus aşıb.

Bu barədə TASS bölgə üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

Zərərçəkənlərin arasında beş uşağın olduğu bildirilir.

Uşaqlardan ikisi – on yaşlı oğlan və 17 yaşlı qız reanimasiyada, üç uşaq isə travmatologiyadadır.

Qəza zamanı avtobusda ümumilikdə 26 nəfər olub.

Nəticələrin aradan qaldırılması üçün əraziyə 32 nəfər və 13 texnika göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678