Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanda meşə yanğınlarında Afina Ticarət Palatasının rəhbəri həyatını itirib – FOTO

136 Baxış

Yunanıstan ərazisini əhatə edən meşə yanğınları nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Bu barədə “BBC News” xəbər yayıb.

Afina Ticarət Palatasının rəhbəri Konstantinos Michalosun öldürüldüyü qeyd olunur. O, yanğın yerinin  yanında huşsuz vəziyyətdə tapılıb.

Bundan əlavə, 38 yaşlı könüllü yanğınsöndürən də fəlakətin qurbanı olub. Onun üzərinə yanğından zədələnmiş sütun düşüb.

Son məlumatlara görə, ölkədə 154 meşə yanğını var. Yunanıstan hakimiyyəti və Avropa İttifaqı yanğınları iqlim dəyişikliyinin nəticələri adlandırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678