Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada bir gündə beş nəfərdə COVID-19-un yeni növü aşkar edilib

332 Baxış

Yaponiyaya Böyük Britaniyadan səfər etmiş beş nəfərdə koronavirusanın yeni mutasiya etmiş növü aşkar edilib.

Bu barədə NHK telekanalı Yaponiyanın Səhiyyə naziri Noroxisı Tamuraya istinadən xəbər yayıb.

Nazir bildirib ki, COVID-19-un yeni növünə yoluxmuş xəstələrin hamısı 21 dekabrda Yaponiyaya gəlib

Onlardan üçü Osaka şəhərindəki hava limanından, ikisi isə Tokioda yerləşən hava limanından Yaponiyaya daxil olublar.

Qeyd edək ki, Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiya etmiş növü aşkar edilib.

Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında rəsmi məlumat verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678