Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada vağzalda üzərində sursat olan erməni saxlanıldı

136 Baxış

Rusiyanın Nijni Novqorod dəmir yolu stansiyasına üzərində sursat olan bir şəxs girməyə çalışıb. Axtarış zamanı həmin adam saxlanılıb.

Bu barədə “Mash” “Telegram” kanalı yazıb.

Həmin şəxsin 32 yaşlı Ardzavad Mardıkyan olduğu bildirilir.

O, çamadanının yoxlanışı zamanı təhlükəli əşyanın müəyyən edildiyini anladıqdan sonra sürətlə vağzalın binasından uzaqlaşıb və çantasından nəyisə zibilliyə atıb. Daha sonra geri qayıdaraq təkrar yoxlanışdan keçib.

Zibilliyi axtaran polislər oradan 10 patron tapıblar. Onun sahibi saxlanılıb. Həmin şəxs silahı meşədə tapdığını və ümumiyyətlə bununla bir əlaqəsi olmadığını deyib.

Faktla bağlı cinayət işi başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678