Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus bitmədən dünyanı bürüyən yeni təhlükə

127 Baxış

Dünyada ana və körpə ölümlərində ciddi artım olduğu açıqlanıb.

Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanalarda uşaqların ölü doğulması nisbətinin dörd qat artdığı bildirilib.

Birləşmiş Krallıq Milli Statistika Bürosunun verdiyi məlumata görə, uşaqların ölü doğulmasında normaldan altı qat artım var.

İtaliyada yazda uşaqların ölü doğulması üç dəfə artıb. Nepalda, Hindistandan İrana, Pakistandan Peruya, Banqladeşdən Braziliya da daxil olmaqla demək olar ki, bütün dünyada uşaqların ölü doğulmasının artdığı müşahidə edilib.

Bəzi həkimlər uşaqların ölü dünyaya gəlməsində artımın koronavirusla əlaqəli olduğu fikrini irəli sürüblər. Ancaq bunun belə olmadığı ortaya çıxıb.

Bu, pandemiya ilə əlaqədər hamilələrin vaxtlı-vaxtında həkim müayinəsinə getməmələri ilə əlaqələndirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678