Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyaca məşhur brendin yaradıcısı vəfat etdi

137 Baxış

Dünyaca məşhur brendin yaradıcısı, fransalı modelyer Pyer Karden vəfat edib.

Bu barədə AFR xəbər yayıb.

98 yaşlı Karden Paris yaxınlığında ABŞ hospitalında həyatını itirib.

O, Venesiya yaxınlığındakı kiçik qəsəbədə doğulub. Şərab istehsalçısı olan atasının işini davam etdirmək istəməyən Karden İtaliyadan Fransada köçüb. On dörd yaşında o, artıq dərzi köməkçisi kimi işə başlayıb, bundan sonra Parisi fəth etmək üçün yola çıxıb. “Paken Schiaparelli” və “Christian Dior”un ən prestijli moda evlərində işə düzəlib. Yalnız beş il sonra, 1945-ci ildə Parisdə “Cardin House”, daha sonra iki firma mağazası açıb.

O, eyni zamanda həm də memarlıq, nəqliyyat, reklam və s. sahələrdə məşhur dizayner kimi dünya şöhrəti qazanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678