Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı

163 Baxış

“Oneqa” balıqçı gəmisinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”dan (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) bildirilib.

Məlumatlara görə, balıqçıların cəsədləri tapılmayıb.

Xatırladaq ki, “Oneqa” balıqçı gəmisi dekabrın 28-də Rusiyanın Arxanqelsk vilayətində Yeni Torpaq arxipelaqı yaxınlığında, Barents dənizinin sularında batıb. İlkin məlumatlara görə “Oneqa” gəmisinin qəzaya uğramasına səbəb buzlanma olub. Gəmidə 19 nəfər olub və yaxınlıqdakı “Voykovo” gəmisi iki nəfəri xilas etməyə nail olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678