Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Boris Conson “lokdaun”la əlaqədar britaniyalılara müraciət edəcək

130 Baxış

İngiltərənin Baş naziri Boris Consonun sabah britaniyalara müraciət edəcəyi və ölkədə ümumi “lokdaun” rejimini elan edəcəyi gözlənilir.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Baş nazir əmindir ki, COVID-19-a yoluxmanın sayının artmasını dayandırmaq, səhiyyə xidmətini qorumaq və insanların həyatını xilas etmək üçün sərt addımlar atılmalıdır”, – nəşrin mənbədən əldə etdiyi açıqlamada qeyd olunur.

Xatırladaq ki, Böyük Britaniya koronavirus infeksiyasından ən çox zərər çəkən ölkələr sırasındadır.

Son məlumata əsasən, bu günə qədər iki milyondan çox britaniyalının COVID-19- yoluxduğu məlum olub, 75 mindən çox insan pandemiyanın qurbanı olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678