Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da iğtişaşlarda ölənlərin sayı artdı

161 Baxış

ABŞ-da Vaşinqton rəsmiləri çərşənbə günü Konqres qarşısında keçirilən etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyiblər.

Bu barədə şəhər Polis İdarəsinin rəisi Robert Konti mətbuat konfransında deyib.

O, Konqres binasında bir qadının güllə yarasından həyatını itirdiyini təsdiqləyib və daha üç nəfərin də öldüyünü bildirib. Onların ikisi kişi, biri qadındır.

Lakin ölümlərin konkret səbəbləri açıqlanmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678