Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Trampın adminstrasiyası onu hakimiyyətdən uzaqlaşdırmaq istəyir

135 Baxış

ABŞ Prezidenti Donald Trampın kabinet üzvləri ölkə liderinin tərəfdarlarının Konqresə basqınından sonra onun hakimiyyətdən uzaqlaşdırılması və dövlət başçısının səlahiyyətlərinin Maykl Pensə verilməsi ehtimalını müzakirə edirlər.

Bu barədə CBS telekanalı xəbər yayıb.

Bildirilir ki, hələ bu barədə təkliflər Pensə təqdim edilməyib.

Bir sıra kabinet üzvləri ABŞ Konstitusiyasında 25-ci düzəlişdən istifadə etmək niyyətindədirlər. Bu düzəlişə görə, prezidentin səlahiyyətləri erkən ləğv edildiyi, vəzifəsini icra etmədiyi təqdirdə vitse-prezident dövlət başçısı vəzifəsini tutur.

Trampın prezidentlik müddəti 20 yanvarda, Cozef Baydenin andiçmə mərasimində başa çatır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678