Qeyri-qanuni erməni silahlı dəstələri səngər qazmağa cəhd göstəriblər
4 Baxış

Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda bildirilib.