Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sevdiyi qızla görüşmək qadağası ilə barışmaq istəməyən gənc üç nəfəri qətlə yetirdi – VİDEO

128 Baxış

Rusiyanın Kazan şəhərində ağır cinayət hadisəsi qeydə alınıb.

“Vesti” xəbər verir ki, 22 yaşlı oğlan görüşdüyü 18 yaşlı qızı, onun iki valideynini qətlə yetirib və ardından özünə qəsd edib.

İlkin məlumata görə, insident ata və ananın öz qızını cinayəti törətmiş oğlanla görüşmək qadağası qoyması səbəbilə baş verib.

İntihara cəhd edən qatil ağır xəsarət alsa da, ölməyib.

Hazırda hüquq-mühafizə orqanları üç nəfərin qətli ilə yekunlaşan insidentin detallarını araşdırır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678