Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirus peyvəndi ilə birlikdə qripə qarşı peyvəndin vurulması mümkündür?

123 Baxış

Türkiyədə Hacettepe Universitetinin professoru Atəş Kara koronavirusla yanaşı eyni zamanda digər viruslara qarşı da peyvənd edilmənin mümkünlüyündən danışıb.

Bu barədə o, DHA-ya müsahibəsində deyib.

Professorun sözlərinə görə, həm koronavirusa, həm də qripə görə peyvənd edilmək olar amma bəzi məqamlara diqqət yetirmək lazımdır:

“Bəzi məlumatlarımız yeni olduğundan peyvəndin cavabını dəyişdirməyəcəyinə əmin olmalıyıq. Bu səbəblə aradakı müddət ən az 14 gün olmalıdır, mümkünsə bu müddəti 28 gün etmək lazımdır”.

O, qeyd edib ki, iş şəraitinin təhlükə yaratdığı yerlərdə, əlacsız qaldıqda bu müddəti üç, hətta bir günə də endirmək olar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678