Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-ün ekspert qrupu Uhana getdi: Koronavirusun yeni növünü araşdıracaqlar

142 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun mənşəyinin izlərini tapmaq üçün Çinin Uhan şəhərinə gediblər.

TASS xəbər verir ki, təyyarənin eniş görüntüləri Çin Mərkəzi Televiziyası tərəfindən canlı yayımlanıb.

Ölkədə qüvvədə olan qaydalara görə, mütəxəssislər 14 günlük karantindən keçməlidirlər və bu müddətdə Çin mütəxəssisləri ilə  videorabitə vasitəsi ilə məsləhətləşmələr aparacaqlar.

Xatırladaq ki, daha əvvəl Çin səlahiyyətliləri beynəlxalq ekspert qrupunun gəlməsinə icazə verilməsini təxirə salmışdılar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678