Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

135 Baxış

Bu gün Türkiyədə koronavirusa qarşı kütləvi peyvəndləməyə start verilib.

“Haber Global” məlumat verir ki, ilk olaraq İstanbulda səhiyyə işçiləri peyvənd ediliblər.

İlk peyvənd olunan həkim ağrı hiss etmədiyini bildirib.

Birinci mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar ilə yanaşı əlilliyi olan, qocalar evində qalanlar peyvənd olunacaqlar.

Qeyd edək ki, Türkiyə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini alıb. Dünən ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678