Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa parlementində hicab qadağası müzakirə olunub

137 Baxış

Fransa parlamentinin aşağı palatası olan Milli Məclis hakim partiya deputatlarının 18 yaşdan aşağı qızların ictimai yerlərdə hicab taxmalarına qadağa qoyulması təşəbbüsünü dəstəkləməkdən imtina edib.

Anadolu Agentliyinin məlumatına görə, Milli Məclisin xüsusi komitəsi “İslam Separatizminə qarşı Qanun” kimi tanınan və daha sonra “Respublika dəyərlərinin möhkəmləndirilməsi” adını alan qanun layihəsini müzakirə edib.

Sənəd hakim partiyanın millət vəkilləri Oror Berje və Jan-Batise Moro tərəfindən hazırlanıb. Layihədə 18 yaşınadək qızların ictimai yerlərdə hicab geyinmələrinin qadağan olunmasını təklif edən maddələr də yer alıb.

Komitə bu müddəaları “ekstremist maddələr” adlandırıb və qanun layihəsindən çıxarıb. 

Beləliklə də, bu gündən etibarən Fransa Milli Məclisi “Respublika dəyərlərinin möhkəmləndirilməsi haqqında” qanun layihəsini sözügedən müddəalar olmadan müzakirəsinə başlayacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678