Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyada koronavirusa görə yüksək yoluxma qeydə alınan iki dövlət sərhədlərini açır

136 Baxış

Rusiyanın paytaxtı Moskvadan Hindistanın Yeni Dehli şəhərinə aviareyslər yanvarın 30-dan başlaya bilər.

TASS xəbər verir ki, uçuşların həftədə iki dəfə keçirilməsi planlaşdırılır.

“Hələlik ilkin olaraq Moskva-Yeni Dehli marşrutu üzrə uçuşların yanvarın 30-dan etibarən davam etdiriləcəyi planlaşdırılıb. Martın 27-dək həftədə iki reysin həyata keçirilməsi nəzərdə tutulub. Sonra bu cədvələ yenidən baxıla bilər. Eyni zamanda, hələ də rəsmi qərar gözləyirik”, – deyə “Aeroflot”dan bildirilir.

Hindistandan isə bildirilir ki, Rusiya tərəfindən yaxın günlərdə rəsmi məlumat gözləyirlər.

Hələlik reyslərə xarici turistlərin buraxılması barədə məlumat yoxdur.

Qeyd edək ki, Hindistan koronavirusa 10 596 442 yoluxma ilə dünyada ikinci, Rusiya isə 3 612 800 nəfərlə dördüncüdür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678