Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yunanıstanın sabiq naziri suda boğulub

120 Baxış

Yunanıstanın keçmiş İctimai asayiş naziri 77 yaşlı Sifis Valirakis suda boğulub.

Bu barədə “Skai” telekanalı məlumat yayıb.

Məlumata görə, o, Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb, lakin uzun müddət evə qayıtmayıb.

Mühafizə xidmətinin əməkdaşları axtarış nəticəsində onun mindiyi qayığı tapıblar. Daha sonra sabiq nazirin özünün meyiti aşkarlanıb.

İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678