Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində dövlət şirkətinin rəhbəri çoxarvadlılığa görə edam edildi

318 Baxış

Çində aktivlərin idarəolunması üzrə “China Huarong” dövlət şirkətinin sədri Lay Syaominə rüşvət, israf və çoxarvadlılığa görə verilən ölüm hökmü icra edilib.

Bu barədə ÇXR-in Dövlət Televiziyası xəbər yayıb.

Məhkəmə müəyyən edib ki, o, 25 milyon yuandan (6,5 milyon manat) artıq pulu qeyri-qanuni xərcləyib, 1,79 milyard yuan (476 milyon manat) rüşvət alıb.

O, həmçinin arvadı olmasına baxmayaraq, digər qadınlarla yaşayıb.

Çin mediasının yazdığına görə, L.Syaominin 100 mənzili, bir o qədər də sevgilisi olub. Bəzi məlumatlara görə, o, sevgililərini 33 dövlət müəssisəsində yüksək vəzifəyə təyin edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678