Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekvador prezidentinin olduğu təyyarə təcili eniş edib

161 Baxış

Vaşinqtondan Ekvadorun paytaxtına qayıdan və göyərtəsində bu ölkənin prezidenti – Lenin Morenonun olduğu təyyarə texniki nasazlıq səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ekvador Prezidenti yanında İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, Prezident Lenin Moreno və təyyarədə olan sərnişinlərin həyatına heç bir təhlükə yoxdur və onlar yaxın bir neçə saat ərzində Ekvadora qayıdacaqlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678