Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tacikistanda vaksinasiya məcburi oldu

136 Baxış

Tacikistanda yaşı 18-i keçmiş bütün vətəndaşlar üçün COVID-19 əleyhinə vaksinasiya məcburi olacaq.

Bu barədə Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyi məlumat yayıb.

Qərar ölkədə koronavirusun yayılmasının qarşısını almaq və respublikada epidemiya əleyhinə tədbirləri gücləndirmək üçün yaradılan qərargah tərəfindən verilib.

Qərargahdan verilən məlumatda qeyd olunur ki, vaksinasiya dövlət hesabına aparılacaq, vətəndaşlar peyvənd olunmaq üçün qeydiyyatda olduqları tibb müəssisələrinə və ailə həkimlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, Tacikistan bu günə qədər koronavirus pandemiyasından yalnız 90 ölüm halı qeydə alınıb.

Ümumi yoluxma sayı isə 13 523 nəfər təşkil edib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678