Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Karantin qadağaları ilə razılaşmayan İtaliya əhalisi etiraza qalxıb mağazaları soydular

169 Baxış

İtaliyanın hər yerində koronavirusa görə tətbiq edilən karantin qaydalarına qarşı etirazlar davam edir.

“The Guardian” xəbər verir ki, ən azı iki şəhərdə polis mitinqləri dağıdıb.

Şahidlərin sözlərinə görə, Turində aksiya iştirakçıları “Gucci” kimi məhşur brendlərin olduğu mağazaları qarət ediblər.

Nümayişləri dağıtmaq üçün polislərin gözyaşardıcı qazdan istifadə etdikləri bildirilir.

Eyni zamanda, Milanda da etirazçılar “Azadlıq” şüarı ilə toplaşıblar.

Hökumət kütləvi mitinqlərə reaksiya verərək, yeni məhdudiyyətlərdən zərər çəkənlər üçün biznesi dəstəkləmə paketi təqdim edəcəyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678