Almaniyada məscidə daşla hücum edilib – FOTO
133 Baxış
Almaniyanın Aşağı Saksoniya əyalətində Hildeshaym şəhərində yerləşən məscid hücuma məruz qalıb.
“Haber Global”ın məlumatına görə, Diyanət İşləri Türk İslam Birliyinə aid olan Səlimiyyə mərkəz məscidi dünən axşam saatlarında daşqalaq olunub. Hücum nəticəsində məscidin şüşəsi qırılıb.
İbadətgahın boş olması səbəbindən hadisə zamanı xəsarət alan olmayıb.
Məscidin rəhbərliyi məsələ ilə bağlı polisə şikayət edib.
Məlumat oxu.az saytından götürülmüşdür.