Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da 40 yük avtomobili toqquşdu – VİDEO

157 Baxış

ABŞ-da güclü qar və şaxta bir çoxları üçün çətinliklər yaradır. Buzlu yollar sürücülərin “qorxulu yuxusuna” çevrilib.

“Haber Global”ın məlumatına görə, əlverişsiz hava şəraiti səbəbilə İntersteyt 80 magistralında zəncirvari qəza baş verib. Əsasən şəhərlərarası yük daşımaları üçün istifadə olunan yolda 40 yük avtomobili bir-biri ilə toqquşub. Qəzada iştirak edən avtomobillərin xeyli hissəsi qoşqulu yük avtomobilləridir.

Hadisə nəticəsində bir neçə sürücü yüngül zədələr alıb, insan tələfatı qeydə alınmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678