Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə yanğın nəticəsində 30 avtomobilə zərər dəyib – VİDEO

160 Baxış

Türkiyənin Sakarya vilayətinin Serdivan ilçəsində güclü yanğın baş verib.

“Haber Global”ın məlumatına görə, yanğın nəticəsində 30 avtomobilə zərər dəyib. Onlardan bəziləri tamamilə yararsız hala düşüb.

Hadisə Beşkörpü məhəlləsində qeydə alınıb. Otluq sahədə başlayan yanğın yaxınlıqdakı “Yediemin Otoparkı” avtomobil dayanacağına sıçrayıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə çoxsayda xüsusi texnika cəlb olunub. Qısa bir zamanda yanğının nəzarət altına alınmasına baxmayaraq, aralarında minik və yük avtomobilləri, həmçinin mikroavtobuslar olmaqla, bütövlükdə 30 nəqliyyat vasitəsinə zərər dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678