Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Euronews” türk və italyan dillərində yayımlarını dayandırır

451 Baxış

Mərkəzi Fransanın Lyon şəhərində yerləşən “Euronews” telekanalı türk və italyan dillərində yayımlarını dayandırır.

Bununla bağlı “Anadolu” agentliyi Milli Jurnalistlər Birliyinin açıqlamasına istinadən xəbər yayıb.

Bildirilir ki, “Euronews” 30 jurnalisti işdən çıxarmağı planlaşdırır.

Qeyd edilib ki, italyan dilində yayımlanan kanal bağlansa da, bu dildə rəqəmsal mediada yayım aparılacaq.

Ancaq Türkiyə tükcəsindən bundan sonra istifadə edilməyəcək.

2017-ci ildən 100 işçinin kanalı tərk etdiyi bildirilib.

“Euronews” əməkdaşları bir çox həmkarlar ittifaqının çağırışı ilə 9 fevralda bir günlük tətil keçiriblər.

Qeyd edək ki, 1993-cü ildə yaradılan “Euronews” kanalı 12 dildə yayımlanır və 500 daimi işçisi var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678