Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Süleyman Soyludan sərt açıqlama: “Qarailanı tutub min yerə bölməsək, bu millət üzümüzə tüpürsün” – FOTO

129 Baxış

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hazırda İraqın Şimalında PKK terror təşkilatına qarşı aparılan “Pəncə Qartal-2” əməliyyatına dair paylaşım edib.

“Haber Global”ın məlumatına görə, nazir “Twitter” hesabında terrorçuların fəaliyyəti barədə sərt ifadələr işlədib.

“Murat Qarailanı tutub min yerə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, – deyə nazir bildirib.

Nazir qeyd edib ki, altı il əvvəl PKK tərəfindən qaçırılan və Şimali İraqda saxlanılan 13 övladımız alçaqcasına qətl edilib. Bundan sonra hələ də PKK-nı dəstəkləyənlər var.

“PKK ilə eyni açıqlamaları verən və utanmayan, eyni ilanlara sahib çıxan heysiyyətsizlər var. Övladlarımıza və ailələrinə çəkdirdiklərinin cavabı verildi, veriləcək”, – deyə S.Soylu əlavə edib.

Murat Karayılan’ı yakalayıp bin parçaya bölmezsek bu Millet ve Şehitlerimiz yüzümüze tükürsün… pic.twitter.com/kixnjnH3Yq

— Süleyman Soylu | Maske? Mesafe↔️ Temizlik? (@suleymansoylu) February 14, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678