Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qvineyada Ebola epidemiyası elan olunub

120 Baxış

Qvineyada Ebola epidemiyası elan olunub.

Bu barədə “Guinee114” portalı ölkə hökumətinin bəyanatına əsasən məlumat yayıb.

“Qvineya hökuməti Ebola virusu nəticəsində yaranan xəstəlik səbəbindən ölkədə epidemiya elan edir. Səhiyyə nazirinin başçılığı ilə keçirilən iclasda bütün lazımi tədbirlərin, o cümlədən xəstələrin və onlarla əlaqədə olanların təcrid edilməsinin təmin olunması üzrə göstərişlər verilib”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, hökumət dörd nəfərin xəstəlik nəticəsində vəfat etməsindən sonra bu qərarı verib. Virus nəticəsində ölənlərin sayının artması gözlənilir.

Xatırladaq ki, 2014-2016-cı illər Afrika qitəsindəki Ebola epidemiyası zamanı 11 mindən çox insan vəfat etmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678