Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa ölkələrində COVID-19-un üçüncü dalğası müşahidə edilir – RƏSMİ AÇIQLAMA

122 Baxış

Avropa Komissiyası rəsmi nümayəndəsi Dana Spinant Avropada koronavirus pandemiyasının üçüncü dalğasının başladığını açıqlayıb.

TASS agentliyi xəbər verir ki, Avropa Komissiyası rəsmi nümayəndəsi bu barədə cümə günü Brüsseldə keçirilən brifinqdə söyləyib.

“Avropa İttifaqı ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik. Bu səbəbdən əhalinin vaksinasiyasının sürətləndirilməsinə ehtiyac olduğunu görürük”, – D.Spinant qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678