Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Bayramovdan Oxçuçayla bağlı Ermənistan rəhbərliyinə ÇAĞIRIŞ

121 Baxış

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın törətdiyi ekoloji terror barədə danışıb.

Oxu.Az-ın məlumatına görə, o, fikirlərini Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə bölüşüb.

Onun sözlərinə görə, hazırda Oxçuçay ciddi təhlükə mənbəyidir:

“Beynəlxalq mütəxəssislər Azərbaycan ərazilərində sulardan götürdükləri analiz nəticələrinə görə, suların tərkibində ağır metalların, kimyəvi maddələrin normadan dəfələrlə çox olduğunu aşkar ediblər. Bu, ciddi təhlükə mənbəyidir.

Bunun mənbəyi Azərbaycan ərazisində deyil, Ermənistan ərazisindədir. Təsəvvür edin ki, həmin çayın Ermənistan ərazisindən keçən hissəsində bu zəhərli maddələr normadan dəfələrlə çoxdur. Onlar da anlamalıdırlar ki, öz ölkələrinə vurduqları ziyan qonşu ölkələrə vurduqları ziyandan az deyil”.

“Biz bu məsələlərə qısamüddətli deyil, daha genişmiqyaslı baxmağa çağırırıq. Bu, məsələlərin həlli istiqamətində dialoqun alternativi yoxdur. İnanırıq ki, Ermənistanda qurulacaq yeni hökumətin nümayəndələri də bu qənaətə gələcəklər”, – deyə nazir deyə qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678