Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir teatr direktoruna yeni vəzifə verdi – FOTO

167 Baxış

Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

“Report”un məlumatına görə, bununla bağlı Mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub.

O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir müddət əvvəl işdən çıxarılıb.

Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarını əhatə edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678