Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev: “Sanki ölülərdən də intiqam almaq istəyiblər” – FOTO

139 Baxış

Azərbaycan Prezidentinin köməkçkisi Hikmət Hacıyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi açıqlamada Azərbaycan ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib.

H.Hacıyevin sözlərinə görə, məzarlara qarşı belə rəftar, onların talan edilməsinə söz tapmaq mümkün deyil.

“Sanki ölülərdən də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir”, – deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərə səfər edən “Anadolu” agentliyinin əməkdaşı 30 il müddətində düşmən tapdağı altında qalmış ərazilərimiz barədə qısa məlumat verib, dağıdılmış məzarları fotokamerasının obyektivinə köçürüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678