Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanğından son anda qurtuldu – FOTO/VİDEO

117 Baxış

İstanbulun Güngörən məhəlləsindəki bir evdə baş verən yanğın zamanı əqli qüsurlu olan kişi çətin vəziyyətdə qalıb.

“Haber Global” xəbər verir ki, orta yaşlı kişi evin pəncərəsindən çıxmağa cəhd göstərib, lakin dəmir barmaqlıqlar onu yanğının girovuna çevirib.

Xoşbəxtlikdən yanğınsöndürənlər vaxtında hadisə yerinə özlərini çatdıra biliblər. Onlar dəmir barmaqlıqları əyərək, ev sakinini yanğından xilas ediblər.

Yanğın olan əraziyə tibbi heyət də cəlb olunub. Onlar kişini müayinə edərək, xəstəxanaya aparıblar. Hazırda onun səhhətinin normal vəziyyətdə olduğu bildirilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678