Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp Respublikaçılara onun adından istifadəni qadağan etdi

138 Baxış

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri Respublikaçılar partiyasının üç təşkilatına qarşı tələb irəli sürüblər.

“Reuters” xəbər verir ki, eks-prezident ianə toplamaq üçün göndərilən məktublarda, eləcə də suvenirlərdə onun adından və obrazından istifadə olunmasının dayandırılmasını tələb edir.   

“Prezident Tramp Respublikaçılar partiyasına və mühafizəkarların seçiminə sadiqdir. Lakin bu heç kimə izn vermir ki, onun icazəsi olmadan adından və obrazından istifadə etsinlər”, – deyə vəkillərin tərtib etdikləri sənəddə deyilir.

Qeyd edək ki, Tramp prezident vəzifəsindən getdikdən sonra etdiyi ilk çıxışında demokratları yenidən məğlub edə biləcəyini açıqlayıb. Bununla da o, 2024-cü ildəki prezident seçkilərində iştirakına eyham vurub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678