Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstraliyanın Səhiyyə naziri koronavirus peyvəndindən sonra xəstəxanalıq oldu

121 Baxış

Avstraliyanın Səhiyyə naziri Qreq Hant koronavirusa qarşı “AstraZeneca” ilə vaksinasiyadan sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə “Reuters” xəbər yayıb.

Vaksin vurulan nazirin bir neçə gün sonra naməlum infeksiya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir.

Nazirdə hansı simptomların olduğu deyilməsə də, onun antibiotiklər qəbul etdiyi və gecə nəzarət üçün xəstəxanada qalacağı məlumdur.

“Nazirin tam sağalmağı gözlənilir. Onun vəziyyətinin vaksinlə əlaqəli olmadığı hesab edilir”, – deyə nümayəndələri qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678