Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belarusda dövlət orqanları və vəzifəli şəxslərə qarşı terror aktlarının qarşısı alınıb

134 Baxış

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri İvan Tertel bəyan edib ki, ölkədə dövlət orqanları və vəzifəli şəxslərə qarşı planlaşdırılan və çoxsaylı insan tələfatı ilə müşaiyət oluna biləcək terror aktlarının qarşısı alınıb.

DTK rəhbəri bu fikriləri “Belarus 1” telekanalına müsahibəsi zamanı səsləndirib.

“Dövlət idarələri və ayrı-ayrı vəzifəli şəxslərə qarşı, eləcə də çoxsaylı insan tələfatını nəzərdə tutan teror aktları planlaşdırılırdı.Təəssüf ki, bu həqiqətdir, hazırda içində yaşadığımız reallıqdır. Biz müvafiqi tədbirlər görməkdə davam edirik”, – deyə İ.Tertel bildirib.

Xatırladaq ki, ötən ilin avqust ayında ölkədə keçirilən prezident seçkilərindən sonra Belarusda kütləvi etirazlar başlayıb. Ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşməsi və terror təhlükəsinin yaranması da məhz həmin dövrə təsadüf edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678