Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da koronavirusa qarşı peyvənd olunanlar maskasız toplaşa biləcəklər

112 Baxış

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) koronavirusa qarşı peyvəndin hər iki dozasını vurduran vətəndaşların maska ​​taxmadan təhlükəsizlikdə olacağını və sosial məsafəyə riayət etməklə ictimai yerlərdə maskasız gəzə biləcəyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə koronavirusa qarşı peyvəndin ikinci dozasını vurduran şəxslər COVID-19-a qarşı tamamilə qorunmuş sayılacaqlar.

Peyvənd olunmuş böyüklərin eyni məkanda sağlam uşaqları və xəstəlik riski az olan nəvələri ilə görüşməsində narahatlıq olmayacağı bildirilib.

CDC direktoru Raşel Valenski deyib ki, bu, insanların bir araya gəlməsi, normal vəziyyətə qayıtması üçün “ilk addım”dır.

O bildirib ki, yumşalma yoluxmaların və ölümlərin azalması ilə birlikdə artacaq.

CDC-nin məlumatlarına görə, bu günə qədər təxminən 31 milyon amerikalı peyvənd olunub.

Vayominq ştatının qubernatoru Mark Qordon bildirib ki, bölgədə maska taxmaq məcburiyyəti qaldırılacaq və martın 16-dan restoranların, barların, teatrların və idman salonlarının normal fəaliyyətinə icazə veriləcək. O, qadağaların qaldırılmasını koronavirusa yoluxma, xəstəxanaya yatırılanların sayındakı azalma və peyvəndləmədə olan irəliləyişlə əlaqələndirib.

Qeyd edək ki, Texas və Missisipi ştatında da martın 10-dan maska taxmaq məcburiyyətini ləğv edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678