Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gündən Azərbaycana gətiriləcək vaksinlər vergidən azad olunur

138 Baxış

Bu gündən koronavirusa (COVID-19) qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalı iki il müddətinə ƏDV-dən azad olunur.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minib.

Məcəlləyə edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirusa (COVID-19) qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən iki il müddətinə ƏDV-dən azad olunub.

Digər dəyişikliklə isə illik emalı üç milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən iki il müddətinə azad edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678