Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya XİN başçısının müavini ATƏT təmsilçisi ilə Qarabağı müzakirə etdi

120 Baxış

Rusiya Xarici İşlər nazirinin müavini Vladimir Titov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söderlə Cənubi Qafqaz, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

“RİA Novosti” agentliyi bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Tərəflər Cənubi Qafqazdakı regional şərait, o cümlədən Dağlıq Qarabağdakı problemlərlə bağlı fikir mübadiləsi aparıblar”, – Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678