Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniya kraliçası şəhzadə Harri və Meqan Marklla barışmaq istəyir

108 Baxış

II Yelizaveta şəhzadə Harri və onun həyat yoldaşı Meqan Marklla kral ailəsi arasında olan soyuq münasibətə son qoymaq niyyətindədir.

Bu barədə “Daily Mail” məlumat verib.

Məlumata əsasən, Britaniya kraliçası yaxın günlərdə nəvəsinə zəng edərək aralarındakı münaqişəni yoluna qoymaq və qalmaqallı cütlüklə barışmaq istəyir.

Bununla yanaşı, II Yelizavetanın saray əməkdaşlarına ailədaxili məsələləri müzakirə etməyi qadağan etdiyi bildirilir.

Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl bir müddət öncə amerikalı aparıcı Opra Uinfriyə müsahibələrində kral ailəsini irqçilikdə, eləcə də özlərinə qarşı mənfi münasibətdə ittiham ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678