Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada yaşayış evində yanğın: Dörd uşaq həlak oldu – VİDEO

139 Baxış

Rusiyanın Krasnoyarsk bölgəsinin Lesosibirsk şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq ölüb, daha iki nəfər yaralanıb.

Bu barədə “RİA Novosti” Fövqəladə Hallar Nazirliyinin regional qərargahına istinadən xəbər yayıb.

Yanğın ikimərtəbəli 18 mənzilli yaşayış binasında baş verib. İki, beş, on, 17 yaşlı uşaqlar həlak olub, onların nənəsi və on iki yaşlı uşaq yaralanıb.

Yanğın 60 kvadratmetr ərazidə lokallaşdırılıb və daha sonra söndürülüb. Hadisə yerində 37 yanğınsöndürən və 14 texnika cəlb edilib.

İlkin ehtimallara görə, yanğına elektrik naqillərindəki qısa qapanma səbəb ola bilər.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678